...

Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon istismardan çıxarılacaq

Cəmiyyət Materials 11 İyun 2019 12:47 (UTC +04:00)
Bu ilin sonuna qədər "Bakı Metropoliteni"ndə 30 köhnə vaqon istismardan çıxarılacaq
Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon istismardan çıxarılacaq

Bakı. Samir Əli - Trend:

Bu ilin sonuna qədər "Bakı Metropoliteni"ndə 30 köhnə vaqon istismardan çıxarılacaq.

Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hİdayət Məmmədov deyib.

Onun sözlərinə görə, il ərzində köhnə vaqonlar yeni 30 yeni vaqonlarla əvəzlənəcək: "Proses tədricən həyata keçiriləcək. Qatarlar istismar müddəti başa çatdıqca xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək".

Sədr müavini deyib ki, "Bakı Metropoliteni"nin istifadəsində olan köhnə nəsil qatarlarına ventilyator və kondisioner quraşdırmaq mümkün deyil.

Onun sözlərinə görə, həmin qatarlara kondisioner quraşdırılması texniki cəhətdən çətindir. Bu həm də külli miqdarda vəsait tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti