Bakı. Elçin Mehdiyev - Trend:
Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobusun yük maşınına çırpılması nəticəsində xəsarət alanalrın sayı 11 nəfərə çatıb. Trend-in məlumatına görə, hadisə nəticəsində sürücü və 1 sərnişin dünyasını dəyişib.
X X X
İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.
Qəza M4 “Don” magsitralının 954-cü kilometrində baş verib.