...

Baş Prokuror: Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib

Cəmiyyət Materials 1 Oktyabr 2019 10:54 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

Z.Qaralovun sözlərinə görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktını dəstəkləyənlər, şəhərdə kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir: "Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Hazırda onların məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti