...

“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görülüb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2019 18:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi sertifikata layiq görülüb.
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görülüb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi “Bakutel-2019” - XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində “Ən yaxşı debüt’’ sertifikatına layiq görülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgidə 1 saylı Bakı DOST Mərkəzi ölkəmizin inovativ yeniliklərindən biri kimi uğurla iştirak etdi. Mərkəz sərgidə vətəndaşlara harada qeydiyyatda olmalarından asılı olmadan xidmətlər təqdim etdi. 100-dən çox vətəndaşa əmək, məşğulluq, pensiya, sosial müavinət, əlillik və s. sahәlər üzrə operativ xidmətlər göstәrildi.

Hәmçinin “e-arayış” xidmәti vasitәsilә vətəndaşlar müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə real vaxt rejimində arayışlar əldə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti