...

Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

Cəmiyyət Materials 29 Yanvar 2020 13:37 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi məlumat yaydı
Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

Bakı. Trend:

Sabirabad sakini Kür çayına düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti