...

Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

Cəmiyyət Materials 4 İyun 2020 15:51 (UTC +04:00)
Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına start verilib.
Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına start verilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı daşıyıcılara göstəriş verilib: "Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib. Artıq bu gündən mərhələli şəkildə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti