Bakı. Ceyhun Ələkbərov - Trend:
Dəmir yolu qatarlarında kondisionerlərin işləməsində məhudiyyət qoyulmayıb.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, kondisionerlər hava şəraitinə uyğun işləyir:
"Abşeron Dairəvi dəmir yolu xətti istiqamətində hərəkət edən elektrik qatarlarındakı kondisionerlər hava şəraitinə uyğun işə salınır. Qatarlarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyulması məsələsinə gəlincə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq dövlət qurumlarından tövsiyyə xarakterli göstəriş daxil olmayıb".