Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən 13738 nikaha daxilolma və 4287 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.