Bakı. Trend:
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" ASC-dən Trend-ə bildirilib.
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.