Bakı. İlhamə İsabalayeva – Trend:
Bütün məktəblər hərarət ölçən aparat və dezinfektorlarla təmin ediləcək.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı heç bir problem yoxdur.