...

Yasamalda məişət tullantıları üçün yeni konteyner meydançaları yaradılır (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2020 10:24 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti Yasamal rayon sakinlərinin şikayəti əsasında hərəkətə keçib.

İcra Hakmiyyətindən Trend-ə verilən məlumata görə, ötən gün, mediada Yasamal rayonu, 7-ci Sallaqxana kuçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayət etdikləri ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.

Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər.

Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti