...

Təhsil Nazirliyi məktəbəhazırlıq qrupunda məşğələlərin necə keçiriləcəyinə münasibət bildirib

Cəmiyyət Materials 1 Oktyabr 2020 18:43 (UTC +04:00)
Təhsil Nazirliyi məktəbəhazırlıq qrupunda məşğələlərin necə keçiriləcəyinə münasibət bildirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Regiondan asılı olmayaraq, əgər məktəbəhazırlıq qrupunda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə keçirilir.

Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir: "Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir.

Heç bir halda müəllimin izafi dərs yükü yaranmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti