...

Məktəblər arasında məzunların 100%-lıq qəbul göstəricisi nadir haldır, lakin Merrik Hazırlıq Məktəbi istisnadır (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2020 15:24 (UTC +04:00)
Məktəblər arasında məzunların 100%-lıq qəbul göstəricisi nadir haldır, lakin Merrik Hazırlıq Məktəbi istisnadır (FOTO)

Bakı. Trend:

Bu uğurların səbəblərini araşdırmaq üçün boardinq məktəbinin Azərbaycandakı nümayəndəsi, “A-Level Xaricdə Təhsil Mərkəzi”nin direktoru Ayan Əliyeva ilə ətraflı söhbət etdik:

Niyə Merrik Hazırlıq Məktəbində oxuyan tələbələr daha müvəffəqiyyətlidirlər?

Merrik Hazırlıq Məktəbi 2012-ci ildə fəaliyyətə başladı. Ötən müddət ərzində, boardinq proqramı üzrə 60-dan, gündüz proqramı isə 20-dən çox olmayaraq tələbə qəbul etmişdir. Cari ildə Merrik Hazırlıq Məktəbi üçün boardinq və gündüz proqramları üzrəəlavə 60 yer ayrılıb.

100%-lıq qəbul nəticəsini necə əldə etmək olar?

Düşünürəm ki, əsas məqam siniflərin kiçik olması ilə bağlıdır.

Hər sinifdə orta hesabla 10 şagird var. Yerli məktəblərdə, 30-35, bəzən 40 nəfərlik siniflərlə müqayisədə bu format fərdi xarakter daşıyır.

Standart proqramdan əlavə olaraq, hər şagird müəllimlərin dəstəyi ilə gündəlik əlavə 2 saatlıq özünütəhsil formatda tədris alır. Bu, uşaqlara məsuliyyətli olmaqla yanaşı, məktəb dərslərinin yekunlaşmamasını, eləcə də təhsil prosesinin bitməməsini öyrədir. Xaricdə təhsil almaq arzusunda olan tələbələr bunları birmənalı dərk etməlidirlər.

Əlavə olaraq, Merrik Hazırlıq Məktəbinin üzvü olduğu gündən, məzun olana qədər hər bir tələbə Mentor proqramında iştirak edir və məktəb tərəfindən bələdçi ilə təmin olunur.

Bələdçi- mentor şagird və valideynlərin etibarlı nümayəndəsi və eyni zamanda şagirdin müəllimi və metodistidir. Bələdçi -mentor, uzunmüddətli əməkdaşlığa görə, şagirdin güclü və zəif cəhətlərini anlayır, bununla əlaqədar universitet və ixtisas seçimində yardımçısı olur.

Qeyd etmək lazımdır ki, yüksək ixtisaslı müəllimlər məktəbin uğurunun ayrılmaz hissəsidir. Müəllimlər heyəti Ontario Pedaqoji Kollecinin2 (OCT), ESL və Rəhbər Mütəxəssis sertifikatlarına sahibdirlər.

Fərdi yanaşma, etibarlı münasibətlər, müstəqilliyin inkişafı, eləcə də peşəkar müəllimlər vacibdir, amma bunların hamısı, müvəffəqiyyətli təhsilin natamam formulasıdır.

Çatışmazlıq nədir?

Əlbəttə ki, sosiallaşma, fərdi və mədəni inkişaf. Bunları, məktəbdənkənar fəaliyyət ilə tələbələrə öyrədirlər.

Məktəbdənkənar keçirilən tədbirlər tələbələrin aktiv qalmasına və məktəb daxilində komanda üzvünə çevrilməsinə köməklik edir.

İctimai işlər ünsiyyət, komanda işi, liderlik kimi sosial bacarıqlarını inkişaf etdirirlər və böyük bir ailənin bir hissəsi olduqlarını göstərirlər.

Sinifdən kənar fəaliyyət tələbələrin fərdi intizamını inkişaf etdirir və gələcək yetkin həyatı üçün tam hazırlıqlı olmağını təmin edir.

Merrik Hazırlıq Məktəbinin məzunları dünyanın hər yerindən uzunmüddətli dost şəbəkəsinə, çoxmədəniyyətli ailəmizdə açıq fikirli, dəstəkləyici və mərhəmətli dünyagörüşünə malik olan, uğurlu cəmiyyətin üzvləridir.

Mədəni inkişaf MPS-də təcrübənin böyük bir hissəsidir və tələbələrə dünyanın hər yerindən universitetlərə qəbul olanda böyük kömək edir.

Ontario Orta Məktəbi Diplomu ilə məzun olan tələbələr Kanadadakı və dünyanın istənilən universitetinə müraciət edə bilərlər. Tələbələr aşağıdakı universitetlərə daxil olublar:

https://www.merrickprep.com/university-preparation--acceptance.html

Təqdimat videosu:

https://www.youtube.com/watch?v=QtOFuhu2dm0&t=13s

Məzunların video rəyləri:

https://www.youtube.com/watch?v=zSzI07Y2xBM

https://www.youtube.com/watch?v=pMwIQQi9P8E&feature=youtu.be

Merrik Hazırlıq Məktəbi1 - Kanadada bir boardinq məktəbi

Ontario Education College (OCT)2 – Kanadanın Ontario şəhərində yerləşən müəllim peşəsi üçün tənzimləyici kollec və ən böyük orqandır. Kollec, tədris təcrübələrini lisenziyalaşdırmaq, idarə etmək və tənzimləmək səlahiyyətinə malikdir. Müəllimlik təcrübəsi üçün standartların hazırlanması, müəllimlərin davamlı sertifikatlaşdırılması, davamlı təhsilinin tənzimlənməsi və müəllim təhsili proqramlarının akkreditasiyasından cavabdehdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti