...

Ağsu aşırımında yol bağlandı

Cəmiyyət Materials 24 Fevral 2021 10:52 (UTC +04:00)
Ağsu aşırımında yol bağlandı

Bakı. Samir Əli - Trend:

Qarlı hava şəraiti ilə bağlı Ağsu dolaylarında vəziyyət çətinləşib.

Trend-in məlumatına görə, gecə saatlarından yağan güclü qar yolun buz bağlamasına səbəb olub.

Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolayları ilə hərəkət tam dayandırılıb.

Hazırda avtomobillər Şamaxı rayonundan Muğanlı-İsmayıllı yoluna yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti