...

Palçıq vulkanları necə əmələ gəlir? - AÇIQLAMA

Cəmiyyət Materials 5 İyul 2021 20:17 (UTC +04:00)
Palçıq vulkanları necə əmələ gəlir? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Televiziyada partlayışa dair videoları görəndə bildim ki, bu, ancaq palçıq vulkanı ola bilər. Çünki həmin ərazidə qazıntı işləri o qədər də aparılmır.

Bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib. Onun sözlərinə görə, Xəzər dənizi, Abşeron yarımadası, Qobustan, ümumilikdə Azərbaycan ərazisi üçün palçıq vulkanlarının püskürməsi normal haldır: "Çünki cənub-şərqi Qafqaz palçıq vulkanlarının məskəni sayılır. Dünyanın digər yerlərində də palçıq vulkanları var. Bunlar əsasən neft-qaz yataqlarının indiqatorlarıdır. Azərbaycanda palçıq vulkanları əsasən Qobustan-Abşeron, cənub-şərqi Şirvan, bir də Xəzərin şelf, yəni sahil zonalarında yerləşir. Azərbaycanda ən hündür palçıq vulkanı "Torağay"dır. Qobustan rayonu ərazisində yerləşir. Bundan başqa, "Axtarma-Paşalı", "Lökbatan", "Boz Qobu", "Çeyldağ", "Qoturdağ", "Bozdağ" kimi məşhur palçıq vulkanlarımız da var. Azərbaycanda palçıq vulkanları təxminən 4-6 kilometr dərinlikdə yerləşir".

Ə.Əliyev palçıq vulkanlarının püskürməsinin səbəblərini də açıqlayıb: "Yerin müəyyən qatında metan qazı yığılır, bəzi sahələrdə isə sulu qatla təmasa keçir və təzyiq nəticəsində bu qaz partlayışa səbəb olur. Nəticədə böyük qaz axını ilk anda alışır, əmələ gəlmiş qıfda palçıq ətrafa yayılmağa başlayır. Abşeron ərazisində konusvari çox sayda belə vulkan görmək olar. Ən vacibi odur ki, Xəzər dənizindəki adaların əmələ gəlməsində bu vulkanların rolu var. Bəzən palçıq vulkanları püskürəndə alovun hündürlüyü 500 metrə qədər qalxa bilir. Bu zaman orada 100-1200 dərəcəyə qədər istilik yaranır. Sonra da təbii ki, ətrafa ağır fraksiyalı gil yayılmağa başlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti