...

İyulda 124 mindən çox insan xüsusi şərtlərlə əmək pensiyası alıb

Cəmiyyət Materials 19 Avqust 2021 10:21 (UTC +04:00)
İyulda 124 mindən çox insan xüsusi şərtlərlə əmək pensiyası alıb

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin iyul ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 124,8 min nəfərdən çox olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumata görə, onlardan 97,2 min nəfərdən çoxu yaşa görə, 14,7 min nəfərdən çoxu əlilliyə görə, 12,8 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti