...

Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2021 12:31 (UTC +04:00)
Altıağac Milli Parkında “açıq qapı” günü keçiriləcək (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Trend xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

“Xızı və Siyəzən rayonlarının ərazisində, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkının səfalı təbiətini görmək, meşə və çəmənliklərdən ibarət zəngin biomüxtəlifliyini seyr etmək istəyən hər kəsi milli parka dəvət edirik. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində istirahət edə bilərlər”, - deyə qurum rəsmisi bildirib.

A.Səmədova havaların isti keçməsi ilə əlaqədar ziyarətçilərdən xahiş edib ki, təbiət qoynunda olarkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər, piknik yerlərində ocaq qalamasınlar, söndürülməmiş siqaret kötüyünü ətrafa atmasınlar. Xidmət rəsmisi həmçinin ziyarətçilərə hazır yeməklərdən istifadə etmələrini tövsiyə edib:

“Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb”.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti