...

Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli

Cəmiyyət Materials 6 Dekabr 2021 17:08 (UTC +04:00)
Seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir - Qurban Yetirmişli

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ildə beynəlxalq qrant layihəsi çərçivəsində alınmış 22 seysmik stansiya respublika ərazisinə gətirilib. Onlardan 3-ü artıq quraşdırılıb.

Trend xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qurumun Elmi-Texniki Şurasının iclasında deyib.

O bildirib ki, hazırda digər seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

Xarici ölkə və seysmoloji təşkilatlarla əməkdaşlıq məsələlərinə toxunan baş direktor Böyük Britaniyanın Oksford Universiteti tərəfindən RSXM-lə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinə təşəbbüslərin olduğunu, Oksford Universitetinin əməkdaşlarının bununla bağlı ölkəmizə səfər etdiklərini və birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və Agentliyin Zəlzələ Departamenti ilə RSXM arasında əməkdaşlıq məsələləri haqqında danışan baş direktor qardaş ölkə tərəfindən Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verilməsi, eləcə də mərkəz əməkdaşlarının Türkiyədə təcrübə keçməsi, seysmik stansiyaların məlumatlarının ötürülməsi və s. məsələlərə dair də razılaşmalar əldə olunduğunu deyib.

Qarabağda seysmik stansiyalar quraşdırılması məsələsinə gəlincə, bildirilib ki, mərkəz tərəfindən 2025-ci ilə qədər 10 seysmik stansiyanın Qarabağda quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti