...

Azərbaycanda nə qədər maska ehtiyatı var?

Cəmiyyət Materials 17 Dekabr 2021 10:57 (UTC +04:00)
Azərbaycanda nə qədər maska ehtiyatı var?

Bakı. Elçin Mehdiyev - Trend:

Artıq Azərbaycanda tibbi maska çatışmazlığı ilə bağlı hər hansı bir risk yoxdur.

Bunu Trend-ə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

O bildirib ki, Azərbaycanda kifayət qədər tibbi maska istehsal olunur və artıq ölkəmizə bu məhsulu idxal etməyə ehtiyac yoxdur:

“Bakı Tekstil Fabriki tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılan tibbi maska istehsalı müəssisəsi bu işdə öz töhfəsini verir. Hazırda 6 avadanlığımız var, aylıq olaraq 6 milyon maska istehsal etmək gücünə malikik. Maska çatışmazlığı ilə bağlı heç bir qorxu yoxdur. Bizim ehtiyatda xammalımız var və anbarımızda 10 milyon ədəd maska ehtiyatı mövcuddur. Biz daim o ehtiyatı saxlayırıq”, - müəssisə rəhbəri deyib.

S.Babayeva Azərbaycan qısa müddətdə tibbi maska çatışmazlığı ilə bağlı məsələni aradan qaldırdı: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sənaye sahəsinin inkişafı qısa müddət ərzində tibbi maska müəssisələrinin yaradılmasına imkan verdi. Cəmi bir ay 4 gün ərzində tibbi maska istehsalı müəssisəsi yaradıldı.

Müəssisə bir az gec açılsa idi, maska çatışmazlığı ciddi xarakter ala bilərdi. Ancaq bizdə belə bir hal olmadı. Çünki ölkəmizdə sənayenin inkişafı sayəsində qısa müddətdə belə bir müəssisənin açılması mümkün oldu. Artıq maskalar öz ölkəmizdə istehsal edilir”, - deyə S.Babayeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti