...

Bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə 22 yeni seysmik stansiya gətirilib

Cəmiyyət Materials 29 Dekabr 2021 15:10 (UTC +04:00)
Bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə 22 yeni seysmik stansiya gətirilib

Bakı.Çingiz Səfərli - Trend:

Beynəlxalq qrant layihəsi çərçivəsində bu il ölkəmizə 22 yeni seysmik stansiya gətirilib.

Trend xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, həmin stansiyalardan 3-ü artıq fəaliyyətə başlayıb, digər stansiyaların isə quraşdırılması prosesi davam etdirilir.

"Bu stansiyalardan 12-si palçıq vulkanlarının ətrafında quraşdırılacaq ki, bu da vulkanların seysmik stansiyalar vasitəsi ilə izlənməsi və orada gedən proseslərin öyrənilməsi sahəsində dünyada ilk nümunə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti