...

Xaçmazda YPX əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar

Cəmiyyət Materials 30 Yanvar 2022 00:30 (UTC +04:00)
Xaçmazda YPX əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar

Bakı. Samir Əli - Trend:

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır. Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir.

Yanvarın 29-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti