...

Növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır

Cəmiyyət Materials 10 Fevral 2022 11:15 (UTC +04:00)
Növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır

Bakı. Humay Ağacanova - Trend:

Növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda həmin strategiya təqdim olunacaq.

"Rəqəmsal səhiyyə strategiyasının hazırlamasında əsas məqsəd vətəndaş məmnunluğunun yaradılması ilə yanaşı müasir standartlara uyğun tibbi statistik məlumatların formalaşdırılmasıdır. Bu strategiyada fərdin sağlamlıq məlumatlarının olduğu layihə yer alacaq"- deyə T.Musayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti