...

Bakıda orta məktəb şagirdləri arasında kütləvi dava olub, polis araşdırmalara başlayıb (VİDEO)

Cəmiyyət Materials 15 Fevral 2022 12:43 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəb şagirdləri arasında baş verən dava ilə bağlı polis araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı araşdırma aparılır, nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, hadisə fevralın 14-də Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən 116 saylı orta məktəbin şagirdləri arasında dava barədə sosial şəbəkələrdə video yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti