...

Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

Cəmiyyət Materials 22 Fevral 2022 01:21 (UTC +04:00)
Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

Bakı. Humay Ağacanova - Trend:

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya quraşdırılıb.

Hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü - Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti