...

Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2022 15:02 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya quraşdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü - Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti