...

Azərbaycan universitetləri arasında ilk dəfə “Kiber klub” yaradılıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2022 10:05 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan universitetləri arasında ilk olan “Kiber klub”un açılış mərasimi keçirilib. Klubun yaradıcıları BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının tələbələridir.

Rəhbəri Əli Əsgərli olan BANM-in “Kiber klub”un idarə heyətinin üzvləri Tapdıq Məhərrəmli, Elza Qurbanova, Rüstəm Həbibullayev və Hüseyn Qəmbərovdur.

Klubun yaradılmasında məqsəd kibertəhlükəsizlik sahəsində tədris alan tələbələr arasında effektiv bilik və təcrübə mübadiləsini təmin etmək, ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti