...

ƏƏSMN ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 1 Aprel 2022 15:05 (UTC +04:00)
ƏƏSMN ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin insan resursları və əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşü olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Siyasi, iqtisadi və digər sahələrdə, həmçinin bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın davam etdiyi qeyd olunub.

S.Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb. Nazir Azərbaycanda həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramları, sosial təminat, əmək və məşğulluq sahələrində aparılan islahatlar, DOST mərkəzləri barədə məlumat verib.

O, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işləri qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu, əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat verib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyinin gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti