Bakı. Trend:
22 aprel 2022-ci tarixdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində genişmiqyaslı “Açıq qapı” günü baş tutdu. Tədbirdə Xəzər rayonu, Icra Başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, millət vəkili Ceyhun Məmmədov, BMTİP-nin Rezident nümayəndəsinin müavini Xanım Çaru Bista, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Şöbə müdiri Röyal Yolçuzadə və digər rəsmilər, rayonun şəhid ailələrinin nümayəndələri, məktəb direktorları, xalq artistləri, kinorejissorlar, gənc aktyorlar, o cümlədən 50 dən çox orta ümumtəhsil məktəblərindən 2000 dən çox yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər və özəl sektor nümayəndələri mərkəzimizin qonağı oldu.
Mərkəzimizdə keçirilən “Açıq qapı” günündə ziyarətçilər mövcud avadanlıq və xidmətlərlə yerində tanış oldular , həmçinin qəbul qaydaları barədə ətraflı məlumat aldılar. Bununla yanaşı iştirakçılar, mərkəzimizin uğurlu məzunları ilə tanış olub sənətkarlıq, media və televiziya , iaşə və xidmətə aid bütün ixtisaslarımızın ustad dərslərini izlədilər.Həmçinin mərkəzimizin karyera mərkəzinə yaxınlaşaraq müvafiq karyera perspektivləri haqqında müzakirələr edib sorğuda iştirak etdilər. Tədbirdə müxtəlif ixtisaslarda təhsil alan tələbələrin əl işləri sərgiləndi, və mərkəzin tədris emalatxanalarına baş çəkildi. Sonra gələn qonaqlardan müsahibə alınaraq mərkəz haqqında ilkin təəssüratları öyrənildi. Sonda xatirə şəkillləri çəkildi.
Tədbir Avropa İttifaqının ( Delegation of the European Union to Azerbaijan) maliyyələşdirdiyi, BMTİP ( UNDP Azerbaijan ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihə çərçivəsində həyata keçirilib.