Bakı. Trend:
Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
E.Əzizov qeyd edib ki, qəzalı binaların inventarizasiyası
aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə
informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil
olunacaq”.
E.Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların
bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq
gətirib:
“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələ qaldırıb, həllinə çalışacağıq”, - deyə o əlavə edib.