...

“NORM” ASC-nin rəhbər heyəti "Heydər" zirvəsinə yürüş təşkil edib (FOTO)

Cəmiyyət Materials 11 May 2022 10:25 (UTC +04:00)
“NORM” ASC-nin rəhbər heyəti "Heydər" zirvəsinə yürüş təşkil edib (FOTO)

Bakı. Trend:

“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən "Heydər" zirvəsi istiqamətində yürüş təşkil etmişdir.

Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, “Norm” əməkdaşları "Heydər" zirvəsinə qalxmağı bacarmış və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandıraraq müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti