...

Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin istintaqı yeniləndi

Cəmiyyət Materials 5 Oktyabr 2022 19:13 (UTC +04:00)
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin istintaqı yeniləndi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksioneri Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əsgər Ağazadəmin vəkilinin vəsarəti əsasında məhkəmə istintaqı yenilənib.

Prosesdə Əsgər Ağazadə hakimin suallarını cavablandırıb.

Daha sonra Əsgər Ağazadə protokollara tanış olmaq istəyib. Hakim isə deyib ki, hökm çıxandan sonra 3 gün ərzində protokollarla tanış olmaq mümkün deyil.

Növbəti proses oktyabrın 12-də davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Əsgər Ağazadənin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti