...

Bakıda Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2022 20:28 (UTC +04:00)
Bakıda Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir (FOTO)

Bakı. Trend:

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ortalama eni 9 metr olan küçədə aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5602 kv.m sahədə bərpa olunub, 2827 p/m yeni səki daşları düzülüb.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Hazırda təmir işləri rayonun Tələt Şıxəliyev və Məsud Əlizadə küçələrində də aparılır.

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti