...

Bədii Gimnastika üzrə Bakı çempionatının gümüş medalı yaxşı nəticədir - yarışın qalibi

Cəmiyyət Materials 12 Noyabr 2022 23:24 (UTC +04:00)
Bədii Gimnastika üzrə Bakı çempionatının gümüş medalı yaxşı nəticədir - yarışın qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə 27-ci Bakı çempionatının gümüş medalı yaxşı nəticədir.

Bunu şənbə günü Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında keçirilən çempionatda çoxnövçülükdə ikinci yeri qazanan gənc gimnast Zəhra Tairova deyib.

"Nəticədən razıyam, qarşıdakı yarışlarda daha da yaxşı çıxış etmək üçün çox məşq etməyə davam edəcəyəm" gimnast dedi.

Bakı Gimnastika Məktəbinin yetirməsinin sözlərinə görə, çıxış zamanı yarışın tamaşaçıları ona böyük dəstək olublar.

"Təbii ki, həyəcan olur, amma tamaşaçıların dəstəyi kömək edir. Bu gün anam tamaşa zalında idi və bu da mənə inam yaratdı", - deyə gümüş mükafatçı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti