...

Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçrilir - Ziyafət Əsgərov

Cəmiyyət Materials 7 Dekabr 2022 12:20 (UTC +04:00)
Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçrilir - Ziyafət Əsgərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçrilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını alır. “Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün keçirilən birgə iclasda terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti