...

"Litres" kitab xidməti Azərbaycanda fəaliyyətə başladı

Cəmiyyət Materials 8 Dekabr 2022 14:23 (UTC +04:00)
"Litres" kitab xidməti Azərbaycanda fəaliyyətə başladı

Bakı. Trend:

“Litres” kitab xidməti Azərbaycan bazarına daxil olduğunu bəyan edib.

Trend TASS-a istinadən xəbər verir ki, şirkət Azərbaycan dilində 4000 elektron və 1000 audio kitaba çıxışı olan Litres.az saytını və respublika sakinləri üçün mobil əlavəni istifadəyə verib.

"Rusiya və MDB ölkələrində ən böyük kitab xidməti "Litres" Azərbaycan auditoriyası üçün Litres.az saytını və Android və iOS platformaları üçün mobil tətbiqini istifadəyə verib. İstifadəçilər Azərbaycan dilində 4000 elektron və 1000 audio kitabdan istifadə edə biləcəklər", - deyə xidmətin məlumatında bildirilir.

“Liters”in nümayəndələri qeyd ediblər ki, onlayn kitabxanada “Teas Press”, “Altun kitab” və digər yerli nəşriyyatların kitabları yer alacaq. Bundan əlavə, respublika sakinləri rusdilli kataloqdan əsərləri oxumaq və dinləmək imkanı əldə edəcəklər.

“Biz "Litres"in Azərbaycanda elektron və audio kitablar bazarında ən böyük iştirakçı olacağını planlaşdırırıq və çox böyük artım potensialını görürük: ölkədə rəqəmsal kitab bazarının mümkün tutumu ildə 2-3 milyon dollara çata bilər. Buna ilk növbədə Azərbaycan auditoriyası arasında “Litres”in yayılması, eləcə də nəşriyyatların məzmunun bu formasına olan marağı və istifadəçilər arasında elektron və audio kitablara olan tələbat kömək edəcək. Bizim vəzifəmiz rəqəmsal kitab bazarını inkişaf etdirmək, Azərbaycanda yerli müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir”, - deyə “Litres” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti