...

Dekabrın 23-də Bakıda keçirilməsi planlaşdırılan icazəsiz aksiyanın qarşısı alınacaq - DİN

Cəmiyyət Materials 22 Dekabr 2022 12:54 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi bir qrup şəxsin Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq dekabrın 23-də Fəvvarələr Meydanında aksiya planlaşdırması məsələsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan ZahidovTrend-ə açıqlamasında bildirib ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

"Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək. Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək",- E. Zahidov deyib.

Xəbər lenti

Xəbər lenti