...

Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO)

Cəmiyyət Materials 27 Dekabr 2022 15:52 (UTC +04:00)
Bülbülə gölünün ətrafında bulvar salınacaq (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt Bakıda Bülbülə gölünün ətrafında bulvar salınması üçün abadlıq işləri aparılır.

Bu barədə bu gün Trend-in sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. İlk növbədə, göl çirkab sulardan təmizlənir.

"Suyun təmizlənməsi üçün "Azərsu" ASC ilə birlikdə işlər aparılacaq. Birinci mərhələdə göl təmizləndikdən sonra ətrafında gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır. İkinci mərhələdə isə yaşıllıq zonasının salınması nəzərdə tutulub", - qurumdan qeyd edilib.

Qeyd edək ki, göl Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti