Bakı. Trend:
Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların bir-birinə qovuşduğu məkandır.
Trend-in məlumatına görə, bu barədə Nobel sülh mükafatı laureatı Kailaş Satyarti tvitter hesabında qeyd edib.
"Bakıda gəzinti keçmişə səyahət kimidir. II əsrdə tikilmiş Atəşgah məbədi qədim xalqların ibadət yeri olub. Sonralar, XVI əsrdə bura indusların və sikxlərin məbədi olub", - deyə bildirilir.