...

Bu müəllimlər sertifikasiya imtahanlarından azad edilib

Cəmiyyət Materials 19 İyun 2023 14:55 (UTC +04:00)
Bu müəllimlər sertifikasiya imtahanlarından azad edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

60 və daha yuxarı yaşlı müəllimlər builki sertifikasiya imtahanlarında iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Təhsil İnstitutunun direktoru Rüfət Əzizov brifinqdə deyib.

“Həmin müəllimlərin imtahanda könüllü iştirak etməsi qanunvericiliklə tənzimlənəcək.

60 və daha yuxarı şəxsli müəllimlər nazirliyə və instituta müraciət edərək, özlərinə qarşı xüsusi yanaşma istəyirdilər. Sözsüz ki, aralarında könüllü iştirak etmək istəyənlər də olub. O səbəbdən imtahan prosesinə belə bir dəyişiklik edilib”,- deyə o bildirib.

Qeyd edək ki, sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək. 8500 nəfər Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq. İmtahan gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti