...

Hesablama Palatası Naxçıvan İdarəsi ilə bağlı hüquqmühafizə və prokurorluq orqanlarına materiallar göndərib

Cəmiyyət Materials 13 İyul 2023 17:38 (UTC +04:00)
Hesablama Palatası Naxçıvan İdarəsi ilə bağlı hüquqmühafizə və prokurorluq orqanlarına materiallar göndərib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin İş Planı üzrə keçirilmiş nəzarət tədbirləri də nəzərə alınmaqla baxılan dövrdə həm əvvəlki ilin, həm də 2023-cü ilin İş Planına əsasən keçirilmiş 7 auditin nəticələri ilə bağlı materiallar hüquqmühafizə və prokurorluq orqanlarına göndərilmişdir.

Trend-in məlumatına görə, bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.

Hesabat ilinin İş Planı üzrə keçirilmiş auditlərin nəticələrinə əsasən, hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim edilmiş materiallar üzrə ehtimal olunan hüquq pozuntularının məbləği təxminən 23,2 mln. manata bərabər olub.

Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 mln. manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməmişdir. Qeyd edək ki, bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödənişlər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti