...

Dövlət Xidməti DİN-ə müraciət etdi - SƏBƏB

Cəmiyyət Materials 21 İyul 2023 12:37 (UTC +04:00)
Dövlət Xidməti DİN-ə müraciət etdi - SƏBƏB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən kərpic zavodunun ətrafında və Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tullantıların qalaqlanması faktları müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların “Kamaz” markalı 99-TU-309, "JAC" markalı, 01-BL-992 və "ZİL” markalı, 42-BH-423 dövlət nömrə nişanlı yük avtomobillərindən sözügedən ərazilərə boşaldıldığı məlum olub. Faktlarla bağlı akt tərtib olunub.

“Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti