Bakı. Trend:
İlin əvvəlindən yük və sərnişindaşımada peşəkar kadr ehtiyatının artırılması üçün təlimlər keçirilir.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Trend-ə bildirilib ki, bu müddət ərzində təlimlərə 71 maşinist köməkçisi qatılıb.
Təlimi uğurla başa vuran iştirakçılar maşinist vəsiqəsi əldə edəcəklər.
Qeyd edək ki, bu təlimlər yük və sərnişin qatarları, eləcə də bütün növ lokomotivləri idarə etmək üçün bilik və bacarıqları əhatə edir.