...

Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi, birinin meyiti tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 7 Avqust 2023 19:10 (UTC +04:00)
Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi, birinin meyiti tapıldı (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda dənizdə batan Lerik sakininin meyiti tapılıb.

Trend xəbər verir ki, Lerik rayon Bırkandul kənd sakininin meyiti tapılıb.

Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.

xxx

18:45

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edilib.

Trend xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində 3 nəfərdən ikisi xilas edilib.

Hazırda üçüncü şəxsin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti