...

Meyit qalıqları tapılan insanlar vəhşi heyvanlara yedirdilib - Hərbi Prokurorluq

Cəmiyyət Materials 15 Avqust 2023 16:19 (UTC +04:00)
Meyit qalıqları tapılan insanlar vəhşi heyvanlara yedirdilib - Hərbi Prokurorluq

Şuşa. Trend:

Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların tapılması prosesinə start verilib.

Bunu Trend-ə Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

"Ötən dövr ərzində Xocalı Rayonu Fərrux kəndində, Xocavənd rayonu Edilli kəndində, Füzuli rayonun Yuxarı Seyidəhmədli kəndində, Şuşa rayonu Daşaltı kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən artıq şəxsə məxsus insan meyiti qalıqları aşkar edilib.

Şuşa həbsxanası ərazisində saxlanılan azərbaycanlılar qəddarcasına işgəncə verməklə, yəni döyülməklə, saçları kəsilməklə, itləri üstlərinə buraxmaqla, yaralı, halsız vəziyyətdə olan azərbaycanlıları donuzlara yedirtməklə və digər vəhşi üsullarla qətlə yetirilib, elə buradaca həmin həbsxananın ərazisində basdırılıblar", - o qeyd edib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti