...

AQTA sədri qida daşınması ilə bağlı məsələyə münasibət bildirdi

Cəmiyyət Materials 14 Sentyabr 2023 10:57 (UTC +04:00)
AQTA sədri qida daşınması ilə bağlı məsələyə münasibət bildirdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qida məhsullarının daşınması və çatdırılması qida zəncirinin əsas halqalarından biridir.

Trend xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, pandemiya dövründə xüsusən bu sahə təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində geniş vüsət almağa başladı və ölkəmizdə də qida məhsullarının daşınması və çatdırılması üçün çox sayda şirkətlər yetişdi.

"AQTA-nın həmin şirkətlərdən ən vacib tələbi odur ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qursunlar. Bütün dünyada olduğu kimi, bizdə də bu sahə standartlara cavab verməli, isti və soyuq zəncir prinsipinə riayət edilməli, qida və qeyri-qida məhsulları birgə daşınmamalı və qonşuluq prinsipinə riayət olunmalıdır.

Həmçinin, həmin şirkətlərin işçiləri tibbi müayinələrdən keçməli, istifadə etdikləri qida boksları standartlara uyğun olmalıdır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti