Bakı. Trend:
Bu gün axşam pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən xəbərə görə, aşağıdakı
istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Bakı-Sumqayıt şosesi
Sumqayıt şəhəri istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92,
96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası 16-24 dəqiqə gecikmə müşahidə
olunur.
2. Moskva prospekti – 20 Yanvar dairəsi - Tbilisi prospekti –
Hər iki istiqamətdə 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə
müşahidə olunur.
3. 3-cü mkr dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən
Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən
7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211
nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə
15-25 dəqiqədir.
4. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-27 dəqiqə gecikmə müşahidə olunur.
5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur.
6. Qara Qarayev prospekti– hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64 və 81 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-24 dəqiqə gecikmə müşahidə olunur
7. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61 və 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-25 dəqiqə gecikmə müşahidə olunur.
8. Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 123, 133, 165, 179 və 202 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqə gecikmə müşahidə olunur.
9. Heydər Əliyev prospekti - Şəhər istiqamətində kənar yol, eyni zamanda Şəfa stadionundan başlayaraq Koroğlu m/s istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38 və M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə müşahidə olunur.
10. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 marşrut xətlərindəki avtobuslararası intervallarda 16-28 dəqiqə gecikmə müşahidə olunur.
11. Zabrat şosesi – Maşdağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-25 dəqiqə gecikmə müşahidə olunur.
12. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətdə sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur
13. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-24 dəqiqə gecikmə müşahidə olunur.
14. Şəmsi Bədəlbəyli Azadlıq prospekti istiqamətində 2, 14, 18, 52, 61, 65, 79 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə müşahidə olunur
15. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 14-23 dəqiqə gecikmə müşahidə olunur
16. Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur
17. Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-25 dəqiqə gecikmə müşahidə olunur.
18. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə müşahidə olunur.