...

Güclü külək nəticəsində 3 nəfər xəsarət alıb

Cəmiyyət Materials 28 Dekabr 2023 12:23 (UTC +04:00)
Güclü külək nəticəsində 3 nəfər xəsarət alıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti