...

Yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib

Cəmiyyət Materials 3 Yanvar 2024 22:10 (UTC +04:00)
Yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yol polisinin qanuni tələbinə tabe olmayan sərxoş sürücü həbs edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gecə saat 01:50 radələrində "Range Rover" markalı, 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğluna paytaxtın Ü.Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən "saxla" işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti