...

AZAL kollektivi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2024 14:55 (UTC +04:00)
AZAL kollektivi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

20 Yanvar – Ümumxalq Hüzn Günündə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin kollektivi Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib.

Trend xəbər verir ki, AZAL-ın rəhbərliyi və əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğul və qızlarının məzarları üzərinə qərənfillər qoyublar.

20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Vətənpərvərlik rəmzi olan bu gün hər bir azərbaycanlının yaddaşında əbədi olaraq qalacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti