...

Ötən il tibbi xidmətlərin 56 faizinin tarifində artım olub

Cəmiyyət Materials 2 Fevral 2024 15:38 (UTC +04:00)
Ötən il tibbi xidmətlərin 56 faizinin tarifində artım olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Xidmətlər Zərfində 1464 tibbi xidmətin tarifi dəyişdirilərək, aktual bazar qiymətlərinə uyğunlaşdırıldı, beləliklə, tibbi xidmətlərin 56 faizinin tarifində artım oldu.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edilib.

"Cərrahi əməliyyatlar üzrə tariflərin məbləği birbaşa ödənilən bonuslara təsir edir. Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15 faizi həcmində əlavələr hesablandığından, tariflərin artımı cərrahi profilli həkimlərə ödənilən bonusların artımına səbəb olur", - deyə sədr əlavə edib.

Vurğulanıb ki, 2019-cü illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssilərin minimum əməkhaqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub:

"İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlandı. Həkimlərə işin nəticələrinə görə,yəni aparılan müayinələr, icra edilən cərrahi əməliyyatların sayına görə əlavələr ödənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti